Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən Odessa vilayətinə atılan raketlərdən heç birini vura bilməyib.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında Odessa və vilayət ərazisi raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
Yerli sakinlərin məlumatına görə, hücumlardan sonra Odessanın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb.