Uşaqların zərərli informasiyadan qorunmasının təmin edilməsi məqsədilə milli onlayn məlumatlandırma mərkəzi yaradılacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə mütəmadi olaraq RİNN və ETN ilə birgə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə milli onlayn məlumatlandırma mərkəzinin yaradılmasını, həmin mərkəzin beynəlxalq şəbəkələrə inteqrasiyasını təmin etmək tapşırılıb.