Bank Of Baku

Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Çinin xarici işlər naziri Van İ və ABŞ dövlət katibi Marko Rubio

© APA | Çinin xarici işlər naziri Van İ və ABŞ dövlət katibi Marko Rubio

# 17 sentyabr 2026 22:26 (UTC +04:00)

Çinin xarici işlər naziri Van İ ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Van İ bildirib ki, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında yüksək səviyyəli təmaslar Çin-ABŞ münasibətlərinin əsas istiqamətini müəyyənləşdirir.

“Son dövrdə Çin və ABŞ münasibətləri ümumilikdə iki ölkə liderinin müəyyən etdiyi konstruktiv strateji sabitlik kursu üzrə inkişaf edir və bu, beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verir. Yüksək səviyyəli diplomatiya Çin-ABŞ münasibətlərinin başlanğıc nöqtəsidir”, – Van İ deyib.

Onun sözlərinə görə, Pekin və Vaşinqton bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərini rəhbər tutaraq yüksək səviyyəli təmasların yeni raunduna hazırlaşmalıdırlar.

Van İ tərəflərin qarşılıqlı fəaliyyəti gücləndirməli, əməkdaşlığı inkişaf etdirməli, fikir ayrılıqlarını idarə etməli və bir-birinin əsas maraqlarına hörmət göstərməli olduğunu bildirib.

Telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyət və digər məsələlər də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR