“Mən bu kənddə doğulmuşam, burada böyümüşəm. Bu gün uzun illərdən sonra 16 yaşımda tərk etdiyim doğma kəndimə qayıtmışam. Bu, böyük xoşbəxtlikdir. Hisslərimi sözlə ifadə etmək mümkün deyil”.
Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Ağdərənin Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün İbrahim Quliyev deyib.
“Hamı sevinir, xoşbəxtdir. Bu günləri bizə yaşadan Prezidentimizə, Ordumuza minnətdaram”, - deyə İ.Quliyev bildirib.