Bank Of Baku

Videokonfransla qapalı məhkəmə iclasının aparılmayacağı hallar müəyyənləşir

Videokonfransla qapalı məhkəmə iclasının aparılmayacağı hallar müəyyənləşir
# 23 dekabr 2022 12:30 (UTC +04:00)

Videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyən hallar müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu hallara dövlət, peşə, kommersiya sirri, şəxsi və ailə həyatı, yetkinlik yaşına çatmayan şəxslər, demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi, övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirri, şəxsi və ailə həyatının intim məsələləri daxildir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR