Bank Of Baku

Vilayət Eyvazov narkotiklə mübarizənin gücləndirilməsini tapşırıb

Vilayət Eyvazov narkotiklə mübarizənin gücləndirilməsini tapşırıb
# 17 oktyabr 2025 18:36 (UTC +04:00)

Cari ilin 9 ayı ərzində qanunsuz dövriyyədən 4 ton 663 kiloqram narkotik vasitə çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çoxdur.

APA xəbər verir ki, bu rəqəmlər Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında səsləndirilib.

Daxili işlər naziri Vilayət Eyvazov antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, mediada və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə, cinayətkar qruplaşmaların internet resurslarından istifadə etməklə narkotik satışına cəhdlərinin qarşısının alınması istiqamətində fəaliyyətin səmərəsinin artırılması barədə konkret tapşırıqlar verilib.

Bununla yanaşı, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması işinin gücləndirilməsi, eləcə də maarifləndirmə və təbliğat materiallarının müasir tələblərə uyğun hazırlanaraq ictimaiyyətə çatdırılması zəruri sayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR