Xankəndidən gələn erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana növbəti keçidi təmin edilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün Xankəndidən gələn 150-dən artıq erməni əsilli şəxsin "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçməsi gözlənilir.
Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst keçidlərinə imkan yaradılıb. Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.
Onlardan 100 yaşlı Lesmonya Arstanyanın da məntəqədən sərbəst keçidinə şərait yaradılıb.
Emin Babayev