Bakı. Şəhriyar Əlizadə - APA. 2013-cü il ərzində bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3460 hektara yaxın torpaq sahəsi geri qaytarılıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatında qeyd olunub.
Hesabatda qeyd olunub ki, inzibati icraat nəzarəti zamanı bəzi bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli qanun pozuntuları və maliyyə əyintiləri ilə əlaqədar 25 faktla bağlı materiallar aidiyyəti üzrə prokurorluğa göndərilib. Onlardan 7-si üzrə cinayət işi başlanılıb.