Bank Of Baku

28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib - FOTO

28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">FOTO
# 29 aprel 2014 10:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında (AHİK) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” respublika müsabiqəsinin yekunları və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə "iş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri"nə həsr edilən tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AHİK sədri Səttar Mehbalıyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirməkdir.

 

Onun sözlərinə görə, AHİK tərəfindən əməyin mühafizəsinə həsr olunmuş bir sıra tədbirlər, müsabiqələr keçirilib: “Son 10 il müddətində AHİK tərəfindən müxtəlif mövzularda "Hər bir iş yerində əməyin mühafizəsi mədəniyyəti”, “Layiqli iş yeri - təhlükəsiz əmək", "Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim" devizi ilə və nəhayət, 2009-cu ildən başlayaraq davam edən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı təşkilatı və müəssisəsi uğrunda" respublika baxış-müsabiqəsini təşkil edib, 15000 artıq dinləyicini əhatə edən 400 zona seminarı keçirib. Keçirilən müsabiqələrin əsas məqsədi konfederasiyanın üzv və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar ittifaqı nəzarətinin səmərəliliyini yüksəltmək, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqdır. 2013-cü ildə AHİK-in IV qurultayına həsr olunan "Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi" uğrunda keçirilən müsabiqədə isə 1500-dən artıq müəssisə iştirak edib”.

 

S.Mehbalıyev qeyd edib ki, 2012-ci ildə iş yerində 291 bədbəxt hadisə baş verib, 2013-cü ildə isə 141 belə hal qeydə alınıb: “Bu isə o deməkdir ki, 2012-ci ili 2013-cü illə müqayisə etsək, 20,7% azalma var. Eyni zamanda iş yerlərində ölənlərin sayında da 10,2% azalma müşahidə olunur. Bu sahələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi diqqət ayrılır. Tikintidə də ölənlər və xəsarət alanların sayında 2012-ci ilə nisbətən azalma var”.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli isə deyib ki, Əməyin Mühafizəsi Fondunun yaradılması mövcud problemlərin aradan qaldırılmasına yardım edəcək. O, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin bundan sonra daha da gücləndirilməli olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR