Bank Of Baku

“Akkord” tələbələrin və Xocalı məktəblilərinin Qubadakı soyqırımı məzarlığına ziyarətini təşkil edib

“Akkord” tələbələrin və Xocalı məktəblilərinin Qubadakı soyqırımı məzarlığına ziyarətini təşkil edib
# 01 aprel 2014 14:45 (UTC +04:00)

Bakı-APA. “Akkord” Korporasiyası 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü bu il də xüsusi tədbirlə qeyd edib.

 

Korporasiyanın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Afaq Quliyevanın APA-ya verdiyi məlumata görə, bundan əvvəl 26 fevral - Xocalı soyqırımı günü ilə əlaqədar Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllim və tələbə kollektivi ilə keçirilən görüş zamanı vəd edildiyi kimi, martın 31-də “Akkord” tələbə və müəllimlərin Quba rayonunda yerləşən soyqırımı məzarlığına ziyarətini təşkil edib. Ziyarətdə BDU-nun Jurnalistika və Kitabxanaşünaslıq fakültələrinin tələbə və müəllimləri ilə bərabər, hər il olduğu kimi, Xocalı 2 saylı orta məktəbinin şagird və müəllim kollektivi də iştirak edib.

 

Korporasiyanın təşkilatçılığı ilə Bakıdan Qubaya gələn tələbə və şagirdlər, həmçinin məktəb və universitet müəllimləri “Akkord” nümayəndələri ilə birgə soyqırımı məzarlığı önünə əklil və gül dəstələri qoyaraq, ötən əsrin əvvəllərində erməni vəhşiliyi nəticəsində qəddarcasına öldürülmüş soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Korporasiyanın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Afaq Quliyeva bu il təşkil etdikləri ziyarətə tələbə-jurnalistlərin də daxil edilməsinin xüsusi əhəmiyyətindən danışıb.

 

Öz növbəsində BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev  və Xocalı 2 saylı orta məktəbinin Hərbi müəllimi Süleyman Quliyev “Akkord” Korporasiyasının xalqımız və tariximiz üçün əhəmiyyətli günlərdə həyata keçirdiyi bu cür tədbirləri yüksək qiymətləndirdilər və Korporasiya rəhbərliyinə təşəkkürlərini bildirilər.

 

Qeyd edək ki, bu tədbirdə iştirak edən Xocalı məktəbi artıq neçə ildir ki, “Akkord” Korporasiyasının himayəsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR