Bank Of Baku

“Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin rolu” mövzusunda elmi konfrans keçirilib - VİDEO

“Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin rolu” mövzusunda elmi konfrans keçirilib - <span style="color: red;">VİDEO
# 28 aprel 2014 11:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə bağlı “Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin rolu” mövzusunda elmi konfrans keçirilib.

 

APA-nın məlumatına görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova konfrans iştirakçılarını tədbirin məqsədi, Azərbaycan arxeologiyasının son illərdə əldə etdiyi uğurlar barədə məlumatlandırıb.

 

O bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar edilmiş tarixi
abidələrin regionun və bəşər tarixində özünəməxsus yeri var: “Son elmi tədqiqatlar göstərir ki, Naxçıvan arxeologiya və etnoqrafiya məktəbi bir çox uğurlar əldə edib”.

 

Daha sonra AMEA-nın həqiqi və müxbir üzvləri, İnstitut və digər təşkilatların nümayəndələri Naxçıvan arxeologiya və etnoqrafiya məktəbinin nailiyyətləri, Azərbaycan və dünya tarix elminə verdiyi son töhfələri yüksək qiymətləndiriblər.

 

Konfransda akademiyanın Rəyasət Heyətinin üzvləri, görkəmli alimlər, arxeologiya və etnoqrafiya üzrə tədqiqatçılar iştirak edib və konfransın materialları toplu şəklində dərc edilib.

 

Qeyd edək ki, konfrans aprelin 29-da başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR