Bank Of Baku

“Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilir - FOTO

“Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilir - <span style="color: red;">FOTO
# 05 may 2014 08:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilir.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, gənclər müasir cəmiyyətin ən fəal və mühüm hissəsini təşkil edən dinamik qüvvədir və gənclərin məşğulluğunun təmin edilməsi müxtəlif ölkə və təşkilatların siyasətlərinin üstün istiqamətlərindən biridir: “Dünyada gedən maliyyə böhranı gənclər üçün layiqli əmək uğrunda mübarizədə ciddi maneələr yaradıb. Böhranın meydana çıxardığı əsas problem odur ki, bu gün gənclər arasında işsizlik orta yaşlılar arasında işsizlikdən 3 dəfə çoxdur. Müasir şəraitdə gənclərin rastlaşdığı problemlər özünün müxtəlifliyi ilə seçilir. Yaxşı təhsil almaq və layiqli iş yeri tapmaq imkanını itirən gənclər daha az müdafiə olunur və adətən, natamam iş vaxtı və qeyri-adekvat sosial müdafiə sistemi olan az maaşlı, müvəqqəti iş yerlərində çalışırlar. Gənclər təhsildən əmək fəaliyyətinə keçərkən böyük çətinliklərlə üzləşirlər. Oxumayan, işləməyən və peşə hazırlığı keçməyən gənclər arasında iş tapmaq ümidini itirənlərin və ali təhsilli işsiz gənclərin sayının artması tendensiyası hamımızda narahatlıq doğurur”.

 

AHİK sədri qeyd edib ki, bu gün ölkəmiz Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasına qoşulub: “Bu təşəbbüs BƏT-in texniki yardımı ilə BMT tərəfindən dəstəklənib. Təhsildən əmək fəaliyyətinə keçmək, gənclərin məşğulluq vəziyyətinin təhlili üzrə sorğunun nəticələri, eləcə də gənclərin məşğulluğuna təsir üzrə milli plan Azərbaycanda məşğulluq siyasətinin üstün cəhətləri kimi onlar arasında işsizliyin azaldılmasını, gənclərin məşğulluq və sahibkarlıq fəaliyyətinə təsiri, peşə hazırlığı kurslarının təşkilini üstün cəhət kimi önə çəkir. Gənclərlə bağlı müxtəlif məsələlərin, o cümlədən məşğulluq probleminin həlli üçün ölkədə 2015-ci ilədək fəaliyyət göstərəcək dövlət gənclər proqramı qəbul edilib”.

 

S.Mehbalıyev bildirib ki, gənclərin layiqli və məhsuldar əməyinə yönəlmiş tədbirlər çərçivəsində xaricdə təhsil üzrə dövlət proqramı xətti ilə 2008-ci ildən indiyədək 5 mindən çox tələbə dünyanın müxtəlif ölkələrində təhsil alır.

 

BƏT-in nümayəndəsi Sergeyus Qlovaskas isə çıxışında gənclər arasında işsizliyin aradan qaldırılmasının vacibliyinin qeyd edərək, bu istiqamətdə Həmkarlar İttifaqlarının əməkdaşlığının önəmini vurğulayıb.

 

Qeyd edək ki, tədbir iki gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR