Bank Of Baku

“Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı roman-tədqiqatın 5-ci cildinin təqdimatı keçirilib - FOTOSESSİYA

“Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı roman-tədqiqatın 5-ci cildinin təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 02 dekabr 2013 11:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Bakıda yazıçı, millət vəkili Elmira Axundovanın müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı roman-tədqiqatının “Ömrün Naxçıvan aşırımları” adlı 5-ci cildinin təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, təqdimatda Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, deputatlar Siyavuş Novruzov, Mixail Zabelin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Səyyad Aran və Yeni Azərbaycan Partiyasının üzvləri iştirak ediblər.

 

Təqdimatda bildirilib ki, müəllif romanı yazmaq üçün Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbət edib, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr alıb, DTK arxivlərində, Prezidentin şəxsi arxivində işləyib.

 

Kitabda xeyli sayda çoxlarına məlum olmayan faktlar, epizodlar var. Bildirilib ki, Elmira Axundovanın "Naşirin qətli"(2001), "Həqiqət anları"(2003), "Şüşə saray" (2007) kitabları da Heydər Əliyevin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdirir.

 

Tədbirdə çıxış edən millət vəkili Fəttah Heydərov qeyd edib ki, kitabda onun da xatirələri yer alıb: "Mən bilməzdim ki, vaxt gələcək bu xatirələr kitabda nəşr olunacaq. Ulu öndərlə bağlı çoxlu xatirələrim var. Mən hər gün o xatirələrlə yaşayıram. Zaman keçdikcə onun şəxsiyyətinə olan hörmətim daha da artır".

 

YAP-ın icra katibini müavini Siyavuş Novruzov kitabı oxuduğunu və əsərin elmi və faktoloji olduğunu deyib: "Müəllif kitabda heç bir şərh verməyib. Yalnız faktları təqdim edərək, nəticə çıxarmağı oxucunun ixtiyarına buraxıb".

 

Onun sözlərinə görə, 1990-1993-cü illərdən bəhs edən kitabda Azərbaycanın ən çətin vaxtları təsvir edilib: "Ö dövrdə indi özlərini demokrat adlandıranlar Konstitusiyaya dəyişiklik  etdilər ki, 65 yaşdan yuxarı şəxs prezident seçilməsin. Bu məhz Heydər Əliyevə qarşı edilmişdi. Əgər Heydər Əliyev 1992-ci prezident seçilsəydi, Azərbaycan indikindən də çox inkişaf etmiş ölkə olardı".

 

Təqdimatda deputat M. Zabelin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini S.Aran və digərləri də çıxış edərək, kitab haqqında fikirlərini bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR