Bank Of Baku

“İtkin düşmüş şəxslərin ailələrinin psixo-sosial reabilitasiyası: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

“İtkin düşmüş şəxslərin ailələrinin psixo-sosial reabilitasiyası: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
# 19 dekabr 2012 10:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Bu gün İnsan hüquqları XXI əsr - Azərbaycan  Fondunun İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Reabilitasiyası Mərkəzi “itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial reabilitasiyası: problemlər və perspektivlər” mövzusunda hesabat konfransı keçirib.

 

APA-nın məlumatına görə, konfrans 2011-2012-ci illər Fondun nəzdində yaradılmış İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Reabilitasiyası Mərkəzinin fəaliyyətinə həsr olunub.

 

Konfransda çıxış edən İnsan hüquqları XXI əsr - Azərbaycan  Fondunun rəhbəri Şahin Camalov mərkəzin fəaliyyəti, məqsədi, əsas vəzifələri və görülən işlər haqqında  məlumat verib. Onun sözlərinə görə, mərkəz 2011-ci ilin yanvar ayından Fondun nəzdində fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi müddət ərzində Bakı şəhərinin 4 rayonunu əhatə edib və ümumilikdə 500-ə yaxın itkin düşmüş şəxsin ailəsinə psixo-sosial sahədə yardım göstərib.

 

Ailə üzvlərinin üzləşdiyi bir çox psixoloji problemlərə toxunan mərkəzin psixoloqu Günel Tağızadə yaxınlarını itirən ailələrdə əsasən intihara meyllilik, depressiya, psixosomatik xəstəliklərin yaranmasının müşahidə olunduğunu bildirib.

 

Hüquqşünas Ülviyyə Rəhimova isə çıxışında itkin düşmüş şəxslərin ailə üzvlərinin qarşılaşdıqları hüquqi problemlərdən danışıb. O qeyd edib ki, itkin düşmüş şəxslərin ailə üzvlərinin çətinlik çəkdiyi əsas məsələlər sırasında şəhidlik statusu və müavinət alınması, torpaq, mənzil, qeydiyyat problemləridir: “Mərkəz imkanları çərçivəsində hüquqi problemlə müraciət etmiş şəxslərə hüquqi məsləhətlər verib və aidiyyatı orqanlara müraciətlərin hazırlanmasında köməklik göstərib”.

 

Konfrans müzakirələrlə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR