Bank Of Baku

“KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Ali Neft Məktəbində olub

“KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Ali Neft Məktəbində olub
# 27 dekabr 2013 07:58 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq “KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds və  inzibati işlər üzrə meneceri Fariz Səlimov Bakı Ali Neft Məktəbində olub.

 

Məktəbdən APA-ya verilən məlumata görə, qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda təhsil və milli kadrların hazırlanması istiqamətində  böyük işlər həyata keçirildiyini vurğulayıb.

 

E. Qasımov deyib ki, bu yaxınlarda Azərbaycana  böyük investisiyalar qoymuş Böyük Britaniyanın “British Petrolum” şirkəti ilə ARDNŞ  arasında 2018-ci ilədək kadr potensialının milliləşdirilməsi  memorandumu  bu istiqamətə görülən  işlərin daha da sürətləndirilməsinin  və inkişafının göstəricisidir.  BANM-in Dövlət Neft Şirkətinin strukturunda  fəaliyyət göstərən  ali təhsil müəssisəsi olduğunu bildirən rektor  buna əsas səbəbin artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin  həyata keçirdiyi layihələrdə işləyə biləcək kadr ehtiyatının formalaşdırılması olduğunu vurğulayıb. Məktəbin Böyük Britaniyanın “Heriot-Vatt” Universiteti ilə əməkdaşlığı və birgə fəaliyyəti haqqında qonaqlara  məlumat verən E.Qasımov bildirib ki, ali məktəbdə  dərslər ingilis dilində  adı çəkilən universitetin tədris proqramlarına  əsasən  həyata keçirilir.

 

Rektor, BANM ilə  “KCA Deutag” şirkəti arasında əməkdaşlığın qurulmasında  maraqlı olduğunu bildirib və tələbələrin  onların şirkətlərində gələcəkdə təcrübə keçmələri üçün şərait yaradılmasını xahiş edib.

 

“KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds vurğulayıb ki, Azərbaycanda neft-qaz sənayesi dinamik inkişaf etməkdədir. Bu baxımdan yüksək ixtisaslı, müasir standartlara  cavab verən mütəxəssislərin yetişdirilməsi olduqca vacib məsələdir. O, qeyd edib ki, “KCA Deutag” şirkəti  qazma sahəsində fəaliyyət  göstərən bir beynəlxalq  şirkətdir və bu gün 20 ölkədə 100-dən çox qurğuları var. Azərbaycanda  uzun zamandır fəaliyyət göstərdiklərini bildirən Filip Vuds bildirib ki, müasir standartlara  cavab verən kadrların yetişdirilməsində onlar da  maraqlıdırlar və bu istiqamətdə şirkət olaraq bir çox işlər görürlər və bir çox layihələrə dəstək olurlar.

 

O  bildirib ki, Azərbaycanda  böyük  layihələr həyata keçirməyi planlaşdıran “KCA Deutag”  şirkəti  üçün   Bakı Ali Neft  Məktəbi  ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması  olduqca vacibdir.

 

Görüş çərçivəsində “KCA Deutag” şirkəti ilə  Bakı Ali Neft Məktəbi arasında birgə  əməkdaşlığın istiqamətləri   müzakirə edilib və razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR