Bank Of Baku

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilib

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilib
# 14 aprel 2014 09:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı, AMEA Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilib.

 

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir.

 

Tədbirdə vurğulanıb ki, Naxçıvanın muxtar respublika statusu bu bölgənin 90 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olub. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfələrini verib.

 

Elmi konfransda AMEA Naxçıvan Bölməsi YAP müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Naxçıvanın inkişaf dinamikasının təməlində muxtariyyət statusu dayanır”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyət kimi”, Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Muxtariyyət dövründə Naxçıvanın sosial-iqtisadi inkişafı”, YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Beynəlxalq təcrübədə muxtariyyətlər və Naxçıvan muxtariyyəti” mövzularında elmi məruzələri dinlənilib.

 

Məruzələrdə qeyd olunub ki, beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanını reallaşdırıb. Blokadanın çətinliklərinə baxmayaraq, son 18 ildə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilib, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR