Bank Of Baku

"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda V Beynəlxalq Elmi Konfrans keçirilir - FOTOSESSİYA

"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda V Beynəlxalq Elmi Konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 05 may 2014 09:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakı Slavyan Universitetinin AMEA-nın Rəyasət Heyəti və BSU-nun təşkil etdiyi "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda V Beynəlxalq Elmi Konfrans keçirilib.

 

APA-nın məlumatına görə, konfrans Heydər Əliyevin 91 illiyinə həsr olunub.

 

Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla çıxış edərək bildirib ki, konfransda 266-dan çox yerli və xarici alimin məruzələrinin qəbul olduğu tədbir çərçivəsində plenar və bölmə iclasları keçiriləcək: "Konfransda 13 ölkədən 37 qonaq, eləcə də AMEA-nın müxtəlif institutlarından, respublikanın bir sıra təhsil ocaqlarında nümayəndələr iştirak edir”.

 

Daha sonra K.Abdulla bildirib ki, sabah qonaqlar Qubaya səfər edəcək: "Orada yerli ziyalıların iştirakı ilə dəyirmi masa keçiriləcək. Eyni zamanda Quba soyqırımı memorial kompleksi ilə tanışlıq və diyarşünaslıq ekskursiyaları da edəcək”.

 

Daha sonra AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxış edib. O, Heydər Əliyevin Azərbaycan təhsil sisteminə, bütövlükdə azərbaycançılığa verdiyi töhfələrdən danışıb, konfransın işinə uğurlar arzulayıb.

 

Konfrans öz işinə  "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi", "Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası", "Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər", "Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində", "Azərbaycan tarixi və mədəniyyəti", "Azərbaycan dili və ədəbiyyatı" bölmələri ilə davam edəcək.

 

Qeyd edək ki, mayın 7-də bitəcək konfrans çərçivəsində xarici qonaqların iştirakı ilə bir sıra ustad dərslərin və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Elə həmin gün V Beynəlxalq Elmi Konfransının nəticələrinə dair mətbuat konfransı da keçiriləcək.

 

Konfrans qonaqların çıxışları və müzakirələrlə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR