Bank Of Baku

"Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTO

"Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 14:11 (UTC +04:00)

Bakı – APA. Bakı Şəhər Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən "Mən azərbaycanlıyam" yaradıcılıq müsabiqəsinin qalibi olan 5 məktəbliyə ATİAHİ Respublika Komitəsinin təqaüdü təqdim edilib.

 

APA-nın xəbərinə görə, təqaüdün hər ay 50 manat olmaqla 6 ay müddətində verilməsi nəzərdə tutulur.

 

Məktəbliləri təbrik edən ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev qeyd edib ki, bu cür müsabiqələr şagirdlərin biliklərinin artırılmasına öz töhfəsini verir. S.Mehbalıyev müsabiqələrin gələcəkdə də davam etdiriləcəyini və müsabiqədə iştirak edən məktəblərin sayının artırılacağını diqqətə çatdırıb.

 

Bu gün ATİAHİ Respublika Komitəsi tərəfindən üzv təşkilatları arasında keçirilən "Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. S.Mehbalıyev müsabiqə ilə bağlı mərasim iştirakçılarına məlumat verərək, qalibləri təbrik edib: "Müsabiqənin keçirilməsində əsas məqsəd həmkarlar ittifaqlarının fəaliyyətini gücləndirmək, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının daha yaxşı müdafiə etmək, təşkilatların nüfuzunu qaldırmaq, işləyən təhsil işçilərinin, tələbə və şagirdləri ittifaqa geniş cəlb etmək, daha yaxşı fəaliyyət göstərən həmkarlar ittifaqı fəallarının əməyini stimullaşdırmaq, onların müsbət iş təcrübəsini yayamaq, sağlam rəqabət mühiti yaratmaqdır".

 

Baxış müsabiqənin ikinci turunda 37 təşkilat iştirak edib, onlardan ilk 12 yerin sahibi qalib adını qazanıb. Təqdimat mərasimində müsabiqənin qalibi olan ilk təşkilatlara kompüter, təşkilat sədrlərinə isə fotoaparat və diplomlar təqdim edilib. Həmçinin ikinci turun digər iştirakçılarına da diplomlar təqdim edilib.

 

Eyni zamanda S.Mehbalıyev mövcud problemlərdən danışıb və bir sıra ilk təşkilat sədrlərinə iradlarını çatdırıb. Bildirib ki, bəzi təşkilatlar müsabiqənin ikinci turunda iştirak etmək üçün sənədlərini təqdim etməyiblər: "Görünür, bu onların işini düzgün qurmamasından və ya məsuliyyətsizliklərindən irəli gəlir. Müsabiqədə iştirak etmək o demək deyil ki, qalib gələsən. Ən azı müsabiqədə iştirak etməklə bilik və bacarıqları inkişaf etdirmək olar".

 

S.Mehbalıyev ilk həmkarlar təşkilatları sədrlərinin diqqətinə işlərinə daha məsuliyyətlə yanaşmalarının və işlərini düzgün qurmalarının vacibliyini çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR