Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mirzə Ələkbər Sabir adına Mərkəzi şəhər kitabxanasında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nüşabə Ələkbərova çıxış edib. Qeyd olunub ki, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə reallaşıb.
Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.
Daha sonra AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovun "Heydər Əliyev və Azərbaycan" mövzusunda məruzəsi dinlənilib: Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlər göz önündədir. Heydər Əliyevin davamçısı olan prezident İlham Əliyev onun siyasətini davam etdirməkdədir".
Tədbir digər çıxışlarla davam etdirilib.