Bank Of Baku

Hidrometeoroloqlar xəbərdarlıq edir: Meteohəssas insanlarda diskomfort hissi yaranacaq

 Hidrometeoroloqlar xəbərdarlıq edir: Meteohəssas insanlarda diskomfort hissi yaranacaq
# 11 mart 2013 09:06 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 13-17, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

 

Bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında bəzi yerlərdə duman, cənub-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 2-7, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

 

Martın 12-13-də Abşeron yarımadasında komfort temperatur şəraiti müsbət amil olsa da, normadan aşağı atmosfer təzyiqi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yaradacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR