Bank Of Baku

"Synergy Group"un təşəbbüsü ilə təmənnasız qanvermə aksiyası keçirilib - FOTO

"Synergy Group"un təşəbbüsü ilə təmənnasız qanvermə aksiyası keçirilib - <span style="color: red;">FOTO
# 22 oktyabr 2013 09:45 (UTC +04:00)

Bakı – APA. Mərkəzi Qan Bankında “Synergy Group” ASC-nin təşəbbüsü və "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə "Qan Ver! - Həyat Bəxş et!" şüarı ilə qanvermə aksiyası keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirin məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə təmənnasız şəkildə kömək etmək olub.

 

Aksiyada iştirak sərbəst olduğundan, sağlamlıq məhdudiyyəti olmayan hər bir kəsin bu təşəbbüsə töhfə vermək imkanı olub.

 

Hemofiliya, talassemiya və leykemiya kimi xəstəliklərdən əziyyət çəkənlərə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa, qarşılamaq məqsədilə keçirilən aksiyada Korporativ Sosial Məsuliyyət çərçivəsində bu təşəbbüsü irəli sürən "Synergy Group" ASC heyəti, həmçinin qrupa daxil olan "AAC", "Bestpack" "Caspian Sea Resort Hotel" və "Cybernet" kimi törəmə şirkətlərin əməkdaşları könüllü şəkildə iştirak ediblər.

 

Statistikaya əsasən, dünyada hər üç insandan birinin ömründə bir dəfə də olsa, qan köçürülməsinə ehtiyacı olur. Bu cür aksiyalar isə həm qana ehtiyacı olanlara töhfə verir, həm də qanverən şəxsin sağlamlığı üçün faydalıdır. Dünya Səhiyyə Təşkilatı bildirir ki, donorlar adi insanlarla müqayisədə 5 il daha çox yaşayırlar. Aktiv donorlarda immunitet sisteminin fəaliyyəti aktivləşir və ürək-damar xəstəlikləri riski 90%-ə qədər azalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR