Bank Of Baku

ADA Universiteti və Giresun Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO

ADA Universiteti və Giresun Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 05 may 2014 16:18 (UTC +04:00)

Bakı - APA. ADA Universiteti ilə Türkiyənin Giresun Universiteti arasında akademik və mədəni əlaqələrin yaradılması və genişləndirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

 

ADA Universitetinin Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, memoranduma əsasən hər iki Universitet müəllim və professor heyəti, o cümlədən tədqiqatçı və tələbə mübadiləsi, tədqiqat layihələrində qarşılıqlı iştirak, birgə elmi konfranslar, forumlar və mədəni tədbirlərin təşkili, yay proqramlarında qarşılıqlı iştirak, distant təhsil proqramlarının yaradılması, kitab və digər elmi resursların mübadiləsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Memorandum ADA Universitetinin rektoru Hafiz Paşayev və Giresun Universitetinin rektoru Aygün Attar tərəfindən imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR