Bank Of Baku

ADU-da “Respublikada oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın xidmətləri” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Respublikada oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın xidmətləri” mövzusunda dəyirmi masa keçirilib
# 16 mart 2013 09:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dillər Universitetində “Respublikada oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın xidmətləri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin 6 fevral 2013-cü ildə imzaladığı sərəncama əsasən Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, kafedra müdiri, dosent Sevda Zamanova, kafedranın müəllimləri, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi və Pedaqoji fakültənin tələbələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan prorektor Ələddin Əliyev Zərifə Əliyevanın həyat tarixçəsi haqqında qısa məlumat verib. Prorektor Zərifə Əliyevanın yubileyinin qeyd olunmasının şərəfli bir hadisə olduğunu və gənclərə tanıtmağın vacib olduğunu bildirib.

 

Sonra kafedra müdiri, dosent Sevda Zamanova: “İnsan ömrünün uzunluğunu yaşanmış illərin sayı ilə deyil, onun mənası ilə, əməlləri ilə ölçmək lazımdır” -deyərək Azərbaycan xalqının nəcabətli, vəfalı, görkəmli, ziyalı qadını, akademik Zərifə Əliyeva haqqında söz açıb. O, bildirib ki, Zərifə Əliyeva dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin-peşə oftalmologiyasının əsasını qoyub. S. Zamanova alimin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin antomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyaların müəllifi olduğunu söyləyib.

 

Daha sonra universitetin Pedaqoji fakültəsinin 312-ci qrup tələbəsi Lalə Bəxtiyarlı məruzəsində Azərbaycanın görkəmli alimi, elmin istedadlı təşkilatıçısı, ölkəmizin oftalmologiya elmini yüksəklərə ucaltmış əməkdar elm xadimi, gözəl həkim və pedaqoq, insanların gözlərinə nur bəxş edən nurlu insan- Zərifə Əliyevanın öz ocağına layiqli bir qadın kimi yetişərək atası Əziz Əliyev kimi bu xalq üçün işıq, nur mənbəyinə çevrildiyini, eyni zamanda fəaliyyətinin xalqımız üçün örnək olduğunu bildirib.

 

Dəyirmi masa müzakirələrlə davam edib.   

                                   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR