Bank Of Baku

AHİK sədri: “Azərbaycanda gənclər arasında işsizlik 10,9%-dir”

AHİK sədri: “Azərbaycanda gənclər arasında işsizlik 10,9%-dir”
# 05 may 2014 08:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Azərbaycanda gənclər arasında işsizlik 10,9%-dir”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev “Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu”na həsr olunmuş seminardakı çıxışı zamanı deyib.

 

AHİK sədri qeyd edib ki, dünyada 1,2 milyard gənc var ki, onların da 43 faizi faydalı əməklə məşğuldur. Onun sözlərinə görə, Azərbaycanda 15-29 yaşlı gənclər respublika əhalisinin 29,3%-ni, işləyənlərin isə 24,4%-ni təşkil edirlər: “Respublikada gənclər arasında işsizlik 10,9%-dir. 130 min işsiz gəncin 13,9%-i ali təhsilli, 54,6%-i isə orta təhsilli gənclərdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR