TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bakalavrlar imtahan nəticələrini komissiyanın internet saytından (www.tqdk.gov.az), o cümlədən Azercell, Bakcell və Nar Mobile abunəçiləri olan bakalavrlar 7727 nömrəsinə SMS göndərməklə nəticələrini əldə edə bilərlər.
İmtahanda iştirak etmək üçün 21623 bakalavr qeydiyyatdan keçib. Onlardan 526 nəfər imtahana gəlməyib, 20 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdiyi üçün imtahandan xaric olunub. İmtahanda 21077 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də keçiriləcək. Magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.