Bank Of Baku

Ali təhsil müəssisələrində fəaliyyət göstərən “Ekoklub”ların rəhbərləri ilə görüş keçirilib

Ali təhsil müəssisələrində fəaliyyət göstərən “Ekoklub”ların rəhbərləri ilə görüş keçirilib
# 07 mart 2013 15:07 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın ali təhsil müəssisələrində fəaliyyət göstərən “Ekoklub”ların rəhbərləri ilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri arasında görüş keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşün əsas məqsədi gələcək əməkdaşlığın müzakirəsi və həyata keçiriləcək tədbirlər barəsində fikir mübadiləsinin aparılmasından ibarət olub.

 

Tədbir iştirakçıları dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan bəhs edərək, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyini qeyd ediblər. Eyni zamanda görüşdə gələcəkdə birgə kütləvi maarifləndirmə tədbirlərinin, o cümlədən ali təhsil müəssisələrində “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda seminarların, müsabiqələrin və s. keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı çərçivəsində ölkədə fəaliyyət göstərən 30-dan artıq ali təhsil müəssisəsində “Ekoklub”lar yaradılıb və bu klublara ümumilikdə 1000-ə yaxın aktiv tələbə üzv olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR