Bank Of Baku

AMEA Geologiya İnstitutunun bir qrup əməkdaşı Ukraynanın palçıq vulkanlarında tədqiqatlara başlayıblar

AMEA Geologiya İnstitutunun bir qrup əməkdaşı Ukraynanın palçıq vulkanlarında tədqiqatlara başlayıblar
# 02 iyul 2013 08:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun bir qrup əməkdaşı Ukraynanın palçıq vulkanlarında tədqiqatlara başlayıblar.

 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Krımın Kerç yarımadasında aparılan işlərdə məqsəd Xəzər və Qara dənizlərində palçıq vulkanlarının əmələgəlmə və təzahür mexanizmlərinin oxşar və fərqli xüsusiyyətlərini öyrənmək, vulkan tullantılarının mineralogiyası üzrə təcrübə qazanmaq və Azərbaycanda tətbiq etməkdir.

 

İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Adil Əliyevin rəhbərlik etdiyi ekspedisiya qrupu tədqiqatları Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologiyası və Çöküntü Filiz Əmələgəlmə Bölməsinin alimləri ilə birgə həyata keçirirlər. Tədqiqatlar 2012-ci ilin noyabrında Geologiya İnstitutu ilə Ukraynadakı sözügedən qurum arasında imzalanmış müqavilə çərçivəsində təşkil olunub. UMEA-nın əməkdaşları ötən ay azərbaycanlı həmkarları ilə birgə palçıq vulkanlarının geniş intişar tapmış olduğu Şamaxı-Qobustan regionunda tədqiqatlar aparıblar. Hazırkı ekspedisiya təcrübə mübadiləsinin davamıdır və palçıq vulkanlarının seysmikliklə əlaqəsinin öyrənilməsi baxımından da hər iki tərəf üçün əhəmiyyətli hesab olunur. İyunun 27-də başlamış tədqiqatlar iyulun 3-də başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR