Bank Of Baku

AMEA prezidenti Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib

AMEA prezidenti Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib
# 07 aprel 2014 07:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) həqiqi üzvü seçilib.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə qərar AMA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub, Akademiyanın prezidenti, akademik Arif Paşayev tərəfindən rəsmi diplom imzalanıb. Akademik Akif Əlizadə bu ada geologiya sahəsində mühüm nəzəri və tətbiqi elmi nəticələri, həmçinin uğurlu elmi-təşkilati fəaliyyətinə görə layiq görülüb.

 

Qeyd edək ki, 2005-ci ildə fəaliyyətə başlamış AMA hazırda Milli Aviasiya Akademiyasında yerləşir, texniki elmlər sahəsində fəaliyyət göstərir və peşəkar alimləri özündə cəmləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR