Bank Of Baku

AMEA rəhbərliyi 2015-ci ilin “Elm ili” elan olunması barədə prezidentə müraciət edəcək

AMEA rəhbərliyi 2015-ci ilin “Elm ili” elan olunması barədə prezidentə müraciət edəcək
# 20 noyabr 2013 15:58 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında məlumat verib. O bildirib ki, elmi kadr hazırlığı üzrə dövlət proqramının qəbul edilməsi, Akademiyanın nəzdində universitet və gənc istedadlar liseyinin yaradılması, innovasiya xarakterli elmi-tədqiqatlar üçün texnoparkın tikintisi, “Alimlər şəhərciyi” şəhərciyinin salınması və digər məsələlər tədbirlər planında öz əksini tapır. Əlavə edilib ki, 2015-ci ilin respublikada “Elm ili” elan olunması və Bakının küçələrindən birinə “Elmlər Akade­miyası” adının verilməsi barədə də ölkə rəhbərliyinə müraciət ediləcək.

 

AMEA-nın akademik katibi Rasim Əliquliyev Azərbaycan alimlərinin I qurulta­yının keçirilməsi üzrə tədbirlər planı barədə məlumat verib. O bildirib ki, dəvətli qonaqlarla ölkədə elminin mühüm problemlərinə dair dialoqların aparılması və digər məsələlər nəzərdə tutulur. Həmçinin, qurultayın internet saytının hazırlanması, “Azərbaycan alimləri” adlı bələdçi kitabın nəşr edilməsi, AMEA alimlərinin nailiyyətlərinə həsr olunmuş sərginin keçirilməsi də planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR