Bank Of Baku

AMEA tətbiqi elmlər üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb

AMEA tətbiqi elmlər üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb
# 21 dekabr 2012 09:14 (UTC +04:00)

 APA-nın xəbərinə görə, AMEA-nın I vitse-prezidenti Arif Həşimov jurnalistlərə açıqlamasında deyib ki, adıçəkilən bölmələr üzrə ilkin olaraq 143 nəfər doktorant qəbul olunub. Onlardan 81-i əyani, 62-si isə qiyabi təhsil alacaq: “Lakin bəzi bölmələr üzrə müxtəlif səbəblərdən Rəyasət Heyətinin iclasına gəlməyənlər də vardı. Onların doktoranturaya qəbulunun təsdiqi Rəyasət Heyətinin növbəti iclaslarından birinə saxlanılıb”.

 

A.Həşimov deyib ki, Rəyasət Heyətinin bu gün keçirilən iclasında həmçinin yeni doktorantların elmi işləri və elmi rəhbərləri də təsdiq olunub. Rəyasət Heyətinin dekabrın 25-də keçirilməsi nəzərdə tutulan növbəti iclasında isə Humanitar və İctimai Elmlər Bölməsi üzrə doktoranturaya qəbulun nəticələri açıqlanacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR