Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 4-də ARDNŞ-in təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanı keçirilib.
İmtahanın nəticələri elə həmin gün – mayın 4-də saat 16:00-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1972 nəfər namizəddən 336 nəfəri imtahana gəlməyib. 1636 nəfəri imtahanda iştirak edib. Ən yüksək nəticə 40 bal olub.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.