Bank Of Baku

Arzu Rəhimov Masallıda vətəndaşların qəbulunu həyata keçirəcək

Arzu Rəhimov Masallıda vətəndaşların qəbulunu həyata keçirəcək
# 20 noyabr 2013 09:05 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov dekabrın 5-də Masallıda vətəndaşları  qəbul edəcək.

 

Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul saat 10:00-da Xidmətin Masallı rayon şöbəsinin inzibati binasında olacaq.

 

Qəbulda Masallı ilə yanaşı Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Qəbula yazılmaq istəyən vətəndaşların 4 dekabr tarixinədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR