Bank Of Baku

Azad Rəhimov idman jurnalistlərini təbrik edib

Azad Rəhimov idman jurnalistlərini təbrik edib
# 02 iyul 2013 12:19 (UTC +04:00)

Bakı – APA. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov rəhbərlik etdiyi qurum adından 2 iyul - beynəlxalq idman jurnalistikası günü münasibətilə bu peşənin sahiblərini təbrik edib. Apasport.az saytının məlumatına görə, Rəhimov idman jurnalistlərinin rolunun böyük olduğunu deyib.

O bildirib ki, bu gün idman jurnalistlərimiz həm mətbuatımızın, həm də idman ictimaiyyətimizin layiqli üzvünə çevriliblər: “Bildiyiniz kimi, hər il iyulun 2-i Beynəlxalq İdman Jurnalistikası Günü kimi qeyd edilir. 1924-cü ilin bu günü Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılmışdır. Sevindirici haldır ki, gələn il AIPS-in 90 illik yubileyi ərəfəsində, təşkilatın 77-ci konqresi məhz Azərbaycan paytaxtında keçiriləcək. Hazırda ölkəmizdə, xüsusi idman telekanalı, 10-dan çox idman nəşri, onlarla idman xəbər portalları fəaliyət göstərir. Bundan başqa, bütün telekanalar və digər KİV-lər idman mövzusuna böyük diqqət yetirirlər. Sizin hər birinizi, peşə bayramınız münasibətilə təbrik edir, hamınıza can sağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR