Bank Of Baku

Azad Rəhimov Qubada vətəndaşları qəbul edib - FOTO

Azad Rəhimov Qubada vətəndaşları qəbul edib   - <span style="color: red;">FOTO
# 17 dekabr 2013 09:52 (UTC +04:00)

Bakı - APA. Gənclər və idman naziri Azad Rəhimov bu gün Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

 

İdman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi və digər mövzularla bağlı müraciətlərin sayı 20-ə qədər olub.

 

Beşdən artıq müraciət gənclər mərkəzlərinin tikintisi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində olub.

 

Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi və işlə bağlı edilib.

 

Bəzi məsələlər yerində həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR