Bank Of Baku

Azərbaycan BMT-yə Əlillərin hüquqları haqqında Konvensiyanı yerinə yetirmə vəziyyəti ilə bağlı hesabat verəcək

Azərbaycan BMT-yə Əlillərin hüquqları haqqında Konvensiyanı yerinə yetirmə vəziyyəti ilə bağlı hesabat verəcək
# 27 mart 2014 08:05 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Aprelin 1-2-də Cenevrədə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsi Azərbaycanın müvafiq Konvensiyanı yerinə yetirmə vəziyyətini müzakirə edəcək.

 

APA-nın BMT İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, 18 müstəqil ekspertdən ibarət Komitə İsveç və Kosta-Rikada da əlillərin hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti nəzərdən keçirəcək.

 

Qeyd edək ki, BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyası 2006-cı ilin dekabrında qəbul edilib, 2008-ci ilin mayında qüvvəyə minib və 143 dövlət tərəfindən ratifikasiya olunub. Azərbaycan sənədi 2009-cu ilin yanvarında ratifikasiya edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR