Bank Of Baku

Azərbaycan Dövlət İqtisad Universitetində “Tələbə rektor” layihəsinə start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində “Tələbə rektor” layihəsinə start verilib
# 25 aprel 2014 13:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bir günlük “Tələbə rektor” layihəsinə start verilib. ADİU-dən APA-ya verilən xəbərə görə, səsvermə yolu ilə seçilmiş Kommersiya fakültəsinin IV kurs tələbəsi Nurlan İbrahimov bir iş günü ərzində ADİU-nun rektoru ilə birgə onun fəaliyyətini icra edib.

 

Rektorla birgə iş gününə başlayan “Tələbə rektor” əvvəlcədən tələbələrin təhsili və həyatı ilə bağlı mövcud vəziyyəti təhlil edərək, konkret problemləri müəyyənləşdirib, onları sistemləşdirərək problemlərin həlli istiqamətində və universitetin inkişafı üzrə hazırladığı təklif və tövsiyələri rektora təqdim edib. Daha sonra rektorla “Tələbə rektor” Böyük Britaniyadan gələn nümayəndə heyəti ilə görüşüb. Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

 

“Tələbə rektor” layihəsinin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası-şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafı, yeni demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır. “Tələbə rektor” layihəsi Azərbaycanda ilk dəfə ADİU-da həyata keçirilir. Layihə ayda bir dəfə icra olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR