Bank Of Baku

Azərbaycan ərazisində yağmursuz hava gözlənilir, bəzi yerlərdə temperatur 27 dərəcəyə yüksələcək

Azərbaycan ərazisində yağmursuz hava gözlənilir, bəzi yerlərdə temperatur 27 dərəcəyə yüksələcək
# 28 aprel 2014 09:58 (UTC +04:00)

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında aprelin 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 9-14, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR