Bank Of Baku

Azərbaycan Gənclər və İdman Nazirliyi və BMT arasında anlaşma memorandumu imzalanıb - FOTOSESSİYA

Azərbaycan Gənclər və İdman Nazirliyi və BMT arasında anlaşma memorandumu imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 27 mart 2014 07:46 (UTC +04:00)

Memorandumu ABŞ-da rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov və BMT rəsmisi Maher Naseer imzalayıblar.

 

GİN-in mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, memorandum çərçivəsində Nazirlik və BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi arasında əlaqələrin genişləndirilməsi və inkişafı nəzərdə tutulub.

 

İmzalanma mərasimindən sonra Azad Rəhimov BMT radiosuna müsahibə verərək, Azərbaycan dövlət gənclər siyasəti modeli və BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi ilə əməkdaşlıq perspektivləri haqqında  danışıb.

 

S. Məmmədova onu da bildirib ki, “Gənclər ilə və gənclər üçün işi” 5 əsas prioritetlərdən biri kimi elan edən BMT baş katibi Ban Gi Mun dünya dövlətlərinə müraciət edərək Gənclər üzrə Elçisini və onun fəaliyyətini dəstəkləməyə çağırıb.

 

Bununla, Azərbaycan hökuməti bu çağırışa cavab verən ilk dövlətlərdən biri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR