Bank Of Baku

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VIII Qurultayı başlayıb - FOTOSESSİYA

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VIII Qurultayı başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 dekabr 2012 08:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bakıda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) VIII Qurultayı başlayıb. APA-nın məlumatına görə, qurultayda müxtəlif QHT-lərdən 401 nümayəndə iştirak edir.

 

Hesabatla çıxış edən MQF-nin prezidenti Rauf Zeyni bildirib ki, bu günədək 3 minə qədər QHT dövlət qeydiyyatına alınıb. O, QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bu gün MQF sıralarında 601 QHT-nin birləşdiyini deyən R. Zeyni, forumun tək ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanındığını, bir çox mühüm beynəlxalq platformaların üzvü olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edənlər MQF-nin ötən dövrdə fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, MQF ölkədə baş verən bütün proseslərə vətəndaş cəmiyyəti olaraq öz münasibətini bildirir.

 

Hüquqşünas Aydın Kərimov çıxışında bəyan edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən forumun regionlarda fəaliyyətinin gücləndirilməsi məqsədilə ayrılan qrantların artırılmasına ehtiyac var. Hüquqşünas parlament yanında QHT-lərin təmsil olunduğu ictimai şuranın yaradılmasını da təklif edib.

 

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, MQF QHT və hökumət arasında ən işlək mexanizmdir: “MQF artıq özünü doğruldub. Düşünürəm ki, forum Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə çevik reaksiya verməlidir”.

 

A. Quliyev həmçinin qeyd edib ki, QHT-lərin yeni ideyalarla, yeni və əsaslandırılmış təkliflərlə çıxış etməsinə ehtiyac var: “Amma təəssüflər olsun ki, biz təqdim olunan layihələrdə bunu görmürük”.

 

A. Quliyev onu da bildirib ki, hazırda QHT-lərin inkişafı üzrə Dövlət Proqramı hazırlanır. 2013-2018-ci illəri əhatə edəcək sənədin yaxın vaxtlarda ictimai müzakirəsi keçiriləcək.

 

Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov deyib ki, Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb: “Azərbaycan dövləti vətəndaş cəmiyyətinin bütün təsisatlarına öz köməyini göstərir. Forum beynəlxalq təşkilatlardan qrant alıb, onların diktəsi ilə oturub-duran QHT-lərdən fərqli olaraq hər zaman dövlətin mövqeyini müdafiə edib”.

 

Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, Azərbaycanda açıq cəmiyyətin formalaşmasında QHT-lərin rolu böyükdür. Artıq parlamentdə bir çox QHT-lərin rəhbərləri deputat kimi təmsil olunurlar. 

 

Daha sonra fəaliyyətində fərqlənən bir qrup şəxsə MQF-nin mükafatları təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR