Bank Of Baku

Azərbaycan şərabları ABŞ-da keçirilən sərgidə nümayiş olunub

Azərbaycan şərabları ABŞ-da keçirilən sərgidə nümayiş olunub
# 12 aprel 2014 13:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ABŞ-ın Las-Veqas şəhərində keçirilən 71-ci Şərab və Spirtli İçkilər Sərgisində Azərbaycan şirkətlərinin istehsal etdiyi şərab məhsulları nümayiş etdirilib.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economic”ə verilən məlumata görə, Azpromo-nun dəstəyi ilə Azərbaycanın “Abşeron Şərab”, “Aspi winery”, “AZ-Qranata”, “Caspian Coast”, “Vinagro”, “Göy-Göl” və “Şərq Ulduzu” müəssisələrinin istehsal etdiyi şərab məhsulları da ilk dəfə ABŞ-ın ən böyük beynəlxalq şərab və spirtli içkilər sərgisində nümayiş olunub.

Sərgi iştirakçılarına Azərbaycanın "Bayan Şira" və "Mədrəsə" kimi milli üzüm sortlarından və həmçinin məşhur "Chardonnay", "Merlot", "Şiraz", "Muscat" və "Cabernet Sauvignon" üzüm sortlarından hazırlanmış 15 çeşiddə şərab məhsulları təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR