Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (D
«APA-Economics»in məlumatına görə, görüşdə Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar, pensiya təminatı sahəsində beynəlxalq standartlara cavab verən vahid sistemin formalaşdırıldığı haqda məlumat verilib.
DSMF sədri S.Müslümov bildirib ki, islahatlar nəticəsində ödənilən sosial sığorta haqlarının fərdi uçot sistemi yaradılıb, müasir avtomatlaşdırılmış infrastruktur qurulub. Bu ilin iyul ayından etibarən Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb.
Y.Mezaroş isə Macarıstanın Azərbaycanla bu sahədə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu bildirib. Müzakirələr zamanı Macarıstanın sığorta-pensiya sistemi çərçivəsində real yığım komponentinin tətbiqi və ləğvi, özəl pensiya fondlarının fəaliyyətinin təşkili sahəsində təcrübəsi nəzərdən keçirilib.
Görüşdə həmçinin D