Bank Of Baku

Azərbaycanda 10-dan çox işçini əmək müqaviləsiz işlədən şəxslər 7 ilədək həbs oluna bilər - EKSKLÜZİV

Azərbaycanda 10-dan çox işçini əmək müqaviləsiz işlədən şəxslər 7 ilədək həbs oluna bilər - <span style="color: red;"> EKSKLÜZİV
# 20 dekabr 2013 15:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda əmək müqaviləsi olmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradacaq.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 162-1-ci maddə əlavə olunur.

 

Yeni maddəyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manata qədər və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Bu maddədə “xeyli sayda” dedikdə, 10 və 10-dan çox işçi sayı nəzərdə tutulur.

 

Layihə Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR