Bank Of Baku

Azərbaycanda 2012-2013-cü tədris ilində akkreditə olunmuş təhsil müəssisələrinin siyahısı açıqlanıb

Azərbaycanda 2012-2013-cü tədris ilində akkreditə olunmuş təhsil müəssisələrinin siyahısı açıqlanıb
# 01 iyul 2013 14:41 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ötən tədris illəri üzrə 7 orta ümumi təhsil müəssisəsi akkreditə olunub. Bunlar Bakı şəhəri E.Tağızadə adına 164 nömrəli tam orta məktəb, Lənkəran şəhər 4 nömrəli Humanitar fənlər təmayüllü məktəb-lisey, Lənkəran şəhər 6 nömrəli məktəb-lisey, Quba şəhər A.Məmmədov adına 2 nömrəli təbiət fənlər təmayüllü məktəb-lisey, Bakı şəhər 225 nömrəli tam orta məktəbi, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyi və Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbidir.

 

2012-2013-cü tədris ilində 3 ali məktəb akkreditasiyadan keçirilib. Onlardan 1-i dövlət - Milli Aviasiya Akademiyası, 2-si isə özəl ali məktəblərdir - Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Qızlar Universiteti.

 

2012-2013-cü tədris ilində akkreditə olunmuş peşə liseylərinə gəlincə, bunlara Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 №-li Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi, Cəlilabad Peşə Liseyi, 2 №-li Bakı Peşə Liseyi, Qax Peşə Liseyi daxildir. Ötən tədris ilində peşə məktəblərindən 1 №-li Bakı Peşə Məktəbi, Yevlax Peşə Məktəbi, Neftçala Peşə Məktəbi, Zaqatala Peşə Məktəbi, 4 nömrəli Ağdam Peşə Məktəbi akkreditə olunub.

 

2012-2013-cü tədris ilində heç bir orta ixtisas təhsili müəssisəsi, o cümlədən 1 nömrəli Gəncə Peşə Liseyi akkreditə olunmayıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 avqust 2004-cü il tarixli 43 saylı qərarı ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında” Əsasnaməyə uyğun olaraq 2005-2006-cı tədris ilindən başlayaraq Təhsil Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin akkreditə olunmasına başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR