Bank Of Baku

Azərbaycanda 5000-ə yaxın müharibə əlili və şəhid ailəsinə mənzil, 4000 müharibə əlilinə isə avtomobillər verilib

Azərbaycanda 5000-ə yaxın müharibə əlili və şəhid ailəsinə mənzil, 4000 müharibə əlilinə isə avtomobillər verilib
# 08 aprel 2014 13:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı sahəsində mühüm tədbirlər davam etdirilib.

 

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibəsində bildirib ki, indiyədək 5000-ə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub.

 

Onun sözlərinə görə, eyni zamanda, 4000-ə yaxın müharibə əlilinə avtomobillər verilib: “Cari il ərzində isə bu təbəqələrdən olan vətəndaşlar üçün Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binaları istifadəyə veriləcək. Biz bu il eyni zamanda Bakının Sabunçu rayonunda Gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzini, Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzini istifadəyə verəcəyik”.


S.Müslümov əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün prezidentin Ehtiyat Fondundan beş milyon manat ayrılıb: “Beləliklə, minik avtomobili almaq üçün növbədə olan əlillərin cari il ərzində avtomobillə tam təminatı həyata keçiriləcək. Yeri gəlmişkən onu da bildirim ki, əlil və şəhid ailələrinin mənzillə, əlillərin avtomobillə təminatı sahəsində ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin olunması məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə açıqlanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR