Bank Of Baku

Azərbaycanda ana və uşaq ölümü azalıb

Azərbaycanda ana və uşaq ölümü azalıb
# 06 mart 2013 10:40 (UTC +04:00)

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci il üçün parlamentə təqdim etdiyi illik hesabatında bildirilir.

 

Hesabatda qeyd olunub ki, son 10 ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 19-a qalxıb, ölüm isə 6-dan 5,3-ə düşüb. Təbii artım 7,9-dan 13-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

 

Ölkədə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqların sağlamlıq göstəricilərində müsbət dinamika müşahidə olunub. Əgər 2003-cü ildə ölkədə körpə ölümü göstəricisi 16,7 promilli idisə, ötən il bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı isə 2003-cü illə müqayisədə 18,5-dən 14,9-a enib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR