Bank Of Baku

Azərbaycanda cinayət yolu ilə pul və digər əmlakın leqallaşdırılmasına qarşı mübarizənin əhatə dairəsi genişləndirilir

Azərbaycanda cinayət yolu ilə pul və digər əmlakın leqallaşdırılmasına qarşı mübarizənin əhatə dairəsi genişləndirilir
# 12 dekabr 2013 12:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda cinayət üsulu ilə pul və digər əmlakın leqallaşdırılması, o cümlədən terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, dəyişiklik “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 4.0.9-cu maddəsinə edilir.

 

Dəyişikliyə əsasən, öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən istənilən xarici dövlət qeyri-hökumət təşkilatının Azərbaycandakı nümayəndəlik və ya filialında da monitorinqlər aparılacaq.

 

Layihə Milli Məclisin 17 dekabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR