Bank Of Baku

Azərbaycanda dövlət qeydiyyatına alınan kütləvi informasiya vasitələrinin sayı 4700-ü ötüb

Azərbaycanda dövlət qeydiyyatına alınan kütləvi informasiya vasitələrinin sayı 4700-ü ötüb
# 06 mart 2013 09:21 (UTC +04:00)

 

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il Azərbaycanda qeyri-hökumət təşkilatlarının sayı artıb. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə göndərdiyi 2012-ci ilə dair hesabatda bildirilib.

 

Ötən il 172 qeyri-kommersiya qurumu, 36 təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb, 182 mətbu orqan uçota götürülüb. Hazırda ölkədə dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının  sayı 3800-ü, kütləvi informasiya vasitələrinin sayı isə 4700-ü ötüb.

 

QHT-lər tərəfindən qrant alınması haqqında müqavilələrin qeydiyyata alınması ilə bağlı nazirliyə 208 təşkilatdan 2011-ci illə müqayisədə təxminən 21 faiz çox - 39542,569 min manat məbləğində qranta dair 1054 müqavilə təqdim olunub. Qrant haqında qanunvericiliyi pozan QHT-lər cərimə olunub, fəaliyyəti qanunvericiliyə uyğun olmadığı üçün 187 təşkilata xəbərdarlıq edilib, 1 halda toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR