Bank Of Baku

Azərbaycanda əlilliklə bağlı iki beynəlxalq layihə həyata keçiriləcək

Azərbaycanda əlilliklə bağlı iki beynəlxalq layihə həyata keçiriləcək
# 21 dekabr 2012 13:24 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Gələn ilin sonuna kimi Azərbaycanda əlilliklə bağlı iki beynəlxalq layihənin icrasına başlanacaq. APA-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov məlumat verib. O bildirib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq layihə “Əlilliklə bağlı yeni standartların işlənib hazırlanması və qiymətləndirilməsi”nə həsr olunacaq. Avropa Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində icra olunacaq ikinci layihə isə “Əlillərin tibbi və sosial reabilitasiyasının təmin edilməsi”ni özündə əks etdirəcək. Hər iki layihə 2016-cı ilə kimi yekunlaşacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR