Bank Of Baku

Azərbaycanda həkimlərin işə qəbulu üçün test imtahanları keçirilir

Azərbaycanda həkimlərin işə qəbulu üçün test imtahanları keçirilir
# 22 oktyabr 2013 08:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Azərbaycanda həkimlərin işə qəbulu üçün test imtahanları keçirilir. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verirlər. Onlardan 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub.

 

Həkimlərin işə qəbulu üzrə müsabiqənin ilk mərhələsi-test imtahanları 4 gün ərzində aparılacaq. Belə ki, vakant yerlərə sənəd verən həkimlər bu gün, oktyabrın 24, 29 və 31-də imtahan verəcəklər. Test imtahanından uğurla keçən namizədlər müsahibədə iştirak edəcəklər.

 

Qeyd edək ki, Azərbaycanda dövlət səhiyyə müəssisələrinə həkimlərin işə qəbulu məqsədi ilə mərkəzləşdirilmiş imtahanda iştirak etmək istəyən namizədlərin sənəd qəbulu sentyabrın 13-dən oktyabrın 12-dək yekunlaşıb. Sənəd qəbulu zamanı 1500 vakant yerə 265 ərizə daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR