Bank Of Baku

Azərbaycanda icazəsiz qeysəriyyə kəsiyi əməliyyatı aparan klinikalar məsuliyyətə cəlb olunacaqlar

Azərbaycanda icazəsiz qeysəriyyə kəsiyi əməliyyatı aparan klinikalar məsuliyyətə cəlb olunacaqlar
# 22 oktyabr 2013 10:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığı haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

 

Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyinin əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılmasına icazə verilir və bu icazə tibb müəssisələrinə müvafiq icra hakimiyyəti tərəfindən verilir.

 

Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına imkan verən klinikalar və şəxslər məsuliyyətə cəlb olunacaqlar. H.Rəcəbli bildirib ki, dəyişikliklər bu sahədə sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək.

 

Layihə səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR